"Ryanair"-in daha bir təyyarəsi bomba xəbərdarlığı ilə məcburi eniş etdi

© REUTERS / RAFAEL MARCHANTEСамолоет авиакомпании Ryanair, фото из архива
Самолоет авиакомпании Ryanair, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Polisdən bildirilib ki, insanların həyatına dair heç bir təhlükə aşkar edilməyib. Yoxlamalardan sonra bütün sərnişinlər başqa bir təyyarə ilə Krakova yola salınıblar.

BAKI, 31 may — Sputnik. "Ryanair" şirkətinin daha bir Avropa reysi mina xəbərdarlığı səbəbi ilə dayandırılıb. Sputnik Azərbaycan "Euronews"-a istinadla xəbər verir ki, Dublindən Krakova uçmalı olan təyyarə Berlin- Brandenburq hava limanına məcburi eniş edib. Eniş üçün təyyarə heyətinin icazə istədiyi qeyd olunur. "Ryanair" təyyarəsinin göyərtəsində 160 sərnişin olub.

Xəbəri yayan "Frans-Press" agentliyi fövqəladə hallar və hüquq-mühafizə bölmələri tərəfindən təyyarənin necə qarşılandığına dair bir polis nümayəndəsinin danışdıqlarına istinad edib. Onun sözlərinə görə, əraziyə xilasetmə qrupları və polis maşınları cəlb olunub. Təyyarənin baqajı uçuş sahəsinə yüklənib və burada kinoloqlar itlərlə birlikdə yoxlama aparıblar.

Polisdən bildirilib ki, insanların həyatına dair heç bir təhlükə aşkar edilməyib. Hava limanından verilən məlumata görə, sərnişinlər terminala aparılaraq qida ilə təmin olunublar. Yoxlamalardan sonra bütün sərnişinlər başqa bir təyyarə ilə Krakova yola salınıb.

"Ryanair"in birinci məcburi enişi

Qeyd edək ki, mayın 24-də "Ryanair" aviaşirkətinin Boeing 737-800 təyyarəsi Afinadan yerli vaxtla saat 10:29-da havaya qalxsa da, istiqamət götürdüyü Vilnüsə gedib çata bilməyib və Belarusun Minsk hava limanına eniş edib.

Minsk hava limanının mətbuat xidmətindən Sputnik-ə bildirildiyinə görə, təyyarə aeroporta eniş üçün müraciət edib.

"Təyyarə mina qoyulması xəbərinə görə bizim ərazimizdə eniş edib. Daha sonra istehkamçılar təyyarəyə baxış keçiriblər", – deyə hava limanının mətbuat xidmətindən bildirilib.

Qurumdan əlavə ediblər ki, təyyarədə mina olması xəbəri öz təsdiqini tapmayıb.

Belarusun Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, yerli vaxtla saat 13:09-da təyyarəyə qəza-xilasetmə texnikası və heyəti göndərilsə də, onların köməyinə ehtiyac olmayıb.

Eləcə də oxuyun:

  • Minsk hava limanına təcili eniş və sonra baş verənlər: Nələr olur?

  • Ryanair şirkətinin "başıbəlalı" təyyarəsi Vilnüsə çatıb

  • Latviya aviaşirkəti Belarus üzərindən uçuşlardan imtina etdi

  • Lukaşenko: "Təyyarəni nə Vilnüs, nə Varşava, nə Lvov, nə də Kiyev qəbul etmək istədi"

  • Putinlə Lukaşenko Soçidə görüşdülər, lap əvvəldə isə Ryanair insidentini xatırladılar

Xəbər lenti
0