13:37 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (701)
50

Türkiyə müxtəlif koronavirus vaksinlərindən 270 milyon doza sifariş verib, bu isə ölkə əhalisinin sayından üç dəfə çoxdur. 

BAKI, 26 may - Sputnik. Türkiyə səhiyyə naziri Fahrettin Koca koronavirusla mübarizədə dəstək üçün Rusiyaya təşəkkür edib.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

"Rusiyanın "Sputnik V" vaksini hazırlanmağa başlayandan bəri biz onun tədarükü üçün əlaqə qurmuşuq. İndi bu vaksinin tədarükü üçün razılaşma imzalanıb. Mən bu razılaşmaya görə Rusiya hökumətinə təşəkkürümü bildirirəm", - Koca jurnalistlərə deyib. 

O əlavə edib ki, Türkiyə müxtəlif koronavirus vaksinlərindən 270 milyon doza sifariş verib, bu isə ölkə əhalisinin sayından üç dəfə çoxdur. 

Sputnik V vaksini

Fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

Eləcə də oxuyun:

* İdman, səyahət, toy - Hamının "səbəb"lərinə bir qərar təkan verdi - REPORTAJ

* Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?

* “Sputnik V” peyvəndi Bakıda belə boşaldıldı - video

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (701)
Teqlər:
Sputnik-V peyvəndi, Koronavirus, epidemiya, COVID-19, təşəkkür, Türkiyə, Rusiya

Əsas mövzular