"Koronavirusun vətəni"ndə faciə: Qasırğa adamları havaya uçurdu

© AFP 2023 / -Çində nəhəng tornado, arxiv şəkli
Çində nəhəng tornado, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
Fövqəladə hallar xidmətinin məlumatına görə, küləyin sürəti saniyədə 23 metrə çatıb. Təbii fəlakət nəticəsində 27 ev dağılıb, 400 evə ciddi ziyan dəyib.

BAKI, 15 may - Sputnik. Çinin Hubey vilayətinin Uhan şəhərində baş verən qasırğa nəticəsində 6 nəfər ölüb, 218 nəfər yaralanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə şəhərin Fövqəladə hallar xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, küləyin sürəti saniyədə 23 metrə çatıb. Təbii fəlakət nəticəsində 27 ev dağılıb, 400 evə ciddi ziyan dəyib.

Qeyd edək ki, Uhan şəhərində baş verən təbiət hadisəsi nəticəsində binalara ciddi ziyan vurub, ağaclar kökündən çıxarıb.

Qasırğa mayın 14-də Jianqsu əyalətini də vurub. Nəticədə 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Şenqze qəsəbəsində elektrik təchizatı kəsilib, bir neçə bina dağılıb.

Xatırladaq ki, dünyanı caynağına alan və pandemiyaya səbəb olan COVID-19 virusu ilk dəfə Çinin Hubey vilayətinin Uhan şəhərində qeydə alınıb. 

Xəbər lenti
0