Paşinyan parlament planının ikinci hissəsini işə salır

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.05.2021
Abunə olmaq
Paşinyan demişdi ki, buna görə hakim fraksiya iki dəfə onun namizədliyini irəli sürəcək və hər iki dəfə də onu dəstəkləməyəcək. Mayın 3-də parlament hökumət başçısını seçməmişdi.

BAKI, 10 may - Sputnik. Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyası baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın ikinci dəfə baş nazir postuna namizədliyini irəli sürüb.  

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə parlamentin bugünkü iclasında fraksiyanın rəhbəri Lilit Makunts deyib. Onun sözlərinə görə, parlamentin buraxılması səsə qoyularkən fraksiya səs verməyəcək. 

Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Əliyevin kəşfiyyata pul xərcləməsinə ehtiyac yoxdur, biz özümüz ona hər şeyi xəbər veririk

Bundan öncə Paşinyan demişdi k, ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi üçün istefa verir. O qeyd etmişdi ki, seçkiöncəsi dövrdə hökumət başçısı vəzifəsini yerinə yetirməyə davam edəcək. Bundan öncə isə növbədənkənar seçkinin iyunun 20-də keçiriləcəyini demişdi.

Ermənistanm qanunvericiliyinə görə, parlament buraxıldıqdan sonra növbədənkənar yeni seçki ən azı 30, ən çoxu 45 gün sonra keçirilməlidir. Deputatlar iki dəfə dalbadal baş nazir seçmədikləri təqdirdə parlament buraxılır. Paşinyan demişdi ki, buna görə hakim fraksiya iki dəfə onun namizədliyini irəli sürəcək və hər iki dəfə də onu dəstəkləməyəcək. Mayın 3-də parlament hökumət başçısını seçməmişdi.

Yerli KİV yazır ki, bu gün Paşinyanın kortejindəki avtomobillərdən biri Yerevanda qəzaya düşüb, digər təfərrüat bildirilmir. 

Eləcə də oxuyun: 

* Parlament Paşinyanı baş nazir seçmədi

Lavrovun Yerevana niyə getdiyi məlum oldu

* Generallar Paşinyana qarşı – Növbəti kəskin addım atıldı

 

Xəbər lenti
0