11:41 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
6 0 0

Yaponiyanın şimal-şərqindən keçən dəmiryolu reyslərində yeddi bala yaxın zəlzələdən sonra müvəqqəti təxirəsalmalar həyata keçirilib.

 

BAKI, 1 may — Sputnik. Yaponiyanın şimal-şərqində 6,8 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın şimal-şərqindəki Miyaqi əyaləti yaxınlığında baş vermiş zəlzələ nəticəsində Fukusima Dai-içi və Daini atom elektrik stansiyalarının fəaliyyətində hər hansı anormallıq qeydə alınmayıb.

Ətraf bölgələrdən verilən məlumatlarda da hansısa ölüm və yaralanma halının olmadığı bildirilib. Ölkənin şimal-şərqindən keçən dəmiryolu reyslərində isə müvəqqəti təxirəsalmalar həyata keçirilib.

Teqlər:
atom elektrik stansiyası, Fukusima, zəlzələ, Yaponiya

Əsas mövzular