Ledi Qaqanın buldoqlarını oğurlayanlar həbs olundu

© AP Photo / Win McNameeЛеди Гага, фото из архива
Леди Гага, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
Cennifer Makbrayd 500 min dollar mükafat müqabilində itlərdən birini geri gətirib. O əvvəlcə şübhə altına alınmasa da, istintaq nəticəsində həbs olunanlardan biri ilə əlbir olduğu müəyyənləşib.

BAKI, 30 aprel — Sputnik. ABŞ polisi dünya şöhrətli müğənni Ledi Qaqanın köməkçisi Rayan Fişerin yaralanması və üç fransız buldoqu cinsindən olan itinin qaçırılması ilə əlaqədar beş nəfəri həbs edib. Bu barədə ABŞ-ın ABC telekanalı məlumat yayıb.

Belə ehtimal olunur ki, həbs edilənlərdən üçü qarətdə və itləri gəzintiyə çıxaran Fişerə atəş açılmasında iştirak edib, digər iki nəfər isə onlarla əlbir olub.

Həmin şəxslərdən biri Cennifer Makbrayd 500 min dollar mükafat müqabilində itlərdən birini geri gətirib. Qeyd edək ki, o əvvəlcə şübhə altına alınmasa da, istintaq nəticəsində həbs olunanlardan biri ilə əlbir olduğu müəyyənləşib.

Beləliklə, 18 yaşlı Ceyms Cekson, 27 yaşlı Lafayet Ueyli və 19 yaşlı Ceylin Uayt Ledi Qaqanın köməkçisini öldürməkdə ittiham olunurlar.

Polis Fişerə yalnız Ledi Qaqaya çalışdığı üçün atəş açıldığına inanmır. Dövlət ittihamçısının fikrincə, şübhəliləri bu addımı atmağa itlərin qiymətinin həddən artıq yüksək olması vadar edib.

"Bu amansız küçə cinayətidir ki, nəticəsində bir nəfər ciddi xəsarət alıb", – deyə prokuror Corc Qaskon bildirib.

Qeyd edək ki, Ledi Qaqanın buldoqları fevral ayında oğurlanmışdı. İtlərdən biri qaçmış və onu sonradan tapmışdılar. Müğənni qalan iki buldoqu tapıb gətirənlərə 500 min dollar mükafat verəcəyini vəd etmişdi.

Xəbər lenti
0