Bayden "soyqırım" ifadəsini işlətdi: Paşinyan razı qaldı, Çavuşoğlu "xəyanətdir" dedi

© AP Photo / Andrew HarnikПрезидент США Джо Байден, фото из архива
Президент США Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətcillik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Başdan ayağa populizm olan bu açıqlamanı tamamilə rədd edirik".

BAKI, 24 aprel - Sputnik. ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb. 

Sputnik Türkiyə xəbər verir ki, Bayden 1981-ci ildə 1915-ci ildə yaşananları "soyqırım" adlandıran Ronald Reyqandan sonra "soyqırım" kəlməsini işlədən ikinci ABŞ prezidenti kimi tarixə düşdü.

Bayden açıqlamasında deyib: "Ermənilərin hekayəsini şərəfləndiririk. Acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günhlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik". 

Ermənistanın baş naziri Nikol Paşinyan, Baydenin açıqlamasını məmnuniyətlə qarşıladıqlarını bəyan edib. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə məsələ ilə bağlı verdiyi açıqlamada deyib: "Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətcillik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Başdan ayağa populizm olan bu açıqlamanı tamamilə rədd edirik".

Xəbər lenti
0