"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

© Photo : ATV / 2019Hercai filmindən kadr
Hercai filmindən kadr - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Hadisə baş verməzdən əvvəl Omay aktyorlardan onun dostları ilə şəkil çəkmələrini istəyib. Lakin həmin an gərgin çəkiliş prosesi getdiyindən həmkarları onun sözünü yerə salıb.

BAKI, 23 aprel — Sputnik. Baş rollarında Ebru Şahin və Akın Akınözünün çəkildiyi "Hercai" serialında növbəti dəfə gərginlik yaşanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahmud rolunu ifa edən Emrullah Omay dostları ilə birgə çəkiliş meydanına hücum edib və aktyorlara silah çəkib.

Hadisə baş verməzdən əvvəl Omay aktyorlardan onun dostları ilə şəkil çəkdirmələrini istəyib. Lakin həmin an gərgin çəkiliş prosesi getdiyindən həmkarları onun sözünü yerə salıb. Bundan sonra gərginlik yaşanıb.

Yaranan mübahisə zamanı bir adam döyülüb. Daha sonra hadisə yerli sakinlərin araya girməsi ilə səngiyib.

Xəbər lenti
0