07:08 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
107 0 0

Bayraqdar üzərində işlədikləri Milli Pilotsuz Döyüş Təyyarəsi layihəsi barədə də məlumat verərək bildirib ki, sözügedən təyyarə 2023-cü ildə ilk uçuşunu gerçəkləşdirəcək.

BAKI, 22 aprel — Sputnik. "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartmasına öz "Instagram" hesabından paylaşdığı video ilə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər yayıb.

Bayraqdar bildirib ki, ABŞ-ın Türkiyəyə F-35 qırıcıları verməməsi bu gün mənfi hal kimi qiymətləndirilsə də, əslində gələcəkdə milli müdafiə sənayesinin inkişafı baxımından ən xeyirli addım kimi qiymətləndirilə bilər.

"Çünki proqramını xaricdən satın alacağımız rəqəmsal kompüterlər tərəfindən idarə olunan və pilotun yerinə qərar verən xarici missiyalı kompüteri və proqramı olan bir sistem müstəqil istifadə baxımdan bizə ciddi məhdudiyyətlər yarada bilər. Bundan başqa, satınalma, istismar və təmir xərcləri nəzərə alınarsa, illər ərzində on milyardlarla dollar vəsait xərcləyəcəyimiz layihədən söhbət gedir. Bəli, bu gündən işə başlasaq, bəlkə də bu tip təyyarə düzəltməyimiz üçün 15-20 il vaxt lazım gələ bilər. Onun əvəzinə inkişaf etdiriləcək milli platformanın satınalma, istismar, təmir xərcləri isə hər bir halda F-35-dən az olacaq", – deyə texniki direktor vurğulayıb.

Bayraqdar onu da bildirib ki, üstəlik 15-20 il sonra hazır olacaq bu tip qırıcı həmin dövrə qədər başqa ölkələrin inkişaf etdirəcəyi təyyarələrdən bir nəsil geri qala bilər. Odur ki, bunun əvəzinə daha ucuz qiymətə başa gələn, süni intellektlə təchiz olunmuş pilotsuz döyüş təyyarələrini inkişaf etdirmək daha məqsədəuyğundur. Çünki gələcəyin istiqamətini məhz bu cür hava vasitələri müəyyənləşdirəcək.

Bayraqdar üzərində işlədikləri Milli Pilotsuz Döyüş Təyyarəsi layihəsi barədə də məlumat verərək bildirib ki, sözügedən təyyarə 2023-cü ildə ilk uçuşunu gerçəkləşdirəcək.

"Baykar" şirkətinin son 4-5 ildə gerçəkləşdirdiyi AKINCI platforması üzərində işin başa çatması ilə əlaqədar Milli Pilotsuz Döyüş Təyyarəsi layihəmizi bu yaxınlarda sürətləndirdik. Hədəfimiz bu platformaya aid təyyarənin ilk uçuşunu 2023-cü ildə həyata keçirməkdir", – deyə o bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 Zenit-Raket Kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

Teqlər:
video, ABŞ, Türkiyə, "F-35" qırıcıları, Səlcuq Bayrakdar, Baykar Makina

Əsas mövzular