12:01 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
38 0 0

Dörd mindən çox adam peyvənddən sonra marixuana payını almaq üçün müraciət edib, hətta bəziləri aksiya təşkilatçılarına kələk gəlməyə də çalışıblar.

BAKI, 21 aprel — Sputnik. ABŞ-ın Nyu-York şəhərinin mərkəzində koronavirusa qarşı peyvənd vurduranlara marixuana paylanılıb. Aksiya ABŞ-da narkotiklərin leqallaşdırılması üçün mübarizə aparan DCMJ qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadla məlumat yayıb.

DCMJ-nin qurucularından biri Nikolas Şiller bildirib ki, "Marixuana istifadəçiləri peyvəndin tərəfdarıdır" şüarı ilə keçirilən aksiya Vaşinqtonda da təşkil olunub. Onun sözlərinə görə, aktivistlər bu yolla insanları vaksinasiyaya cəlb etmək istəyirlər.

Şiller onu da deyib ki, Nyu-Yorkda dörd mindən çox adam peyvənddən sonra marixuana payını almaq üçün müraciət edib. Hətta bəziləri narkotik almaq məqsədilə aksiya təşkilatçılarına kələk gəlməyə də çalışıblar. Belə ki, peyvənd vurdurduqları haqqında sertifikat əvəzinə, qanda antitelin olduğuna dair arayış gətiriblər.

Şillerin sözlərinə görə, ABŞ-da Rusiya istehsalı olan "Sputnik V" peyvəndi tətbiq olunmasa belə, bu preparatla da vaksinasiya olunanlara marixuana veriləcək.

Tədbir hər il ABŞ-da aprelin 20-də qeyd olunan Çətənə Günü münasibətilə təşkil olunub.

Qeyd edək ki, Nyu-York ştatının qanunverici məclisinin hər iki palatası marixuanadan istifadəni leqallaşdırmaq üçün qanun layihəsinin lehinə səs verib. Daha sonra həmin sənəd ştatın qubernatoru Endryu Kuomo tərəfindən imzalanıb.

https://lenta.ru/news/2021/04/21/april20/

Əsas mövzular