BAKI, 19 aprel - Sputnik. 50-dən artıq kriminal avtoritet saxlanılaraq Ermənistandakı müxtəlif polis çöbələrinə aparılıblar.
Sputnik Ermənistan xəbər verir ki, avtoritetlərin saxlanılma səbəbi hələlik məlum deyil, polis onların saxlanıldığı barədə məlumat yaymayıb.
"Shamshyan.com" saytı Ermənistan Polisinin Yerevan Şəhər Daxili İşlər İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və paytaxtın Nor Nork Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməkdaşlarının kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirdiyini yazıb.
Saxlanılanlar arasında müxtəlif ləqəbli təhlükəli cinayətkarlar var.
Polisin "Kriminal keçmişlə gələcəyini qura bilməzsən" adlı əməliyyat həyata keçirdiyi barədə məlumatlar var. Bu əməliyyat çərçivəsində "Pnduk", "Kahin", "Katsin", "Kyartu", "Tzbeh", "Duşeş", "İkibir" və s. ləqəbli avtoritetlər polis bölmələrinə aparılıb.