11:55 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (685)
13 0 0

Siyahıya ABŞ başçılıq etsə də, peyvənd preparatlarının istehsalı sahəsində lider sayılan Rusiya da ilk onluqdadır.

BAKI, 16 aprel — Sputnik. Dünyada koronavirus pandemiyası nəticəsində ölənlərin sayı 3 milyon nəfərə çatıb. Sputnik Azərbaycan bildirir ki, COVID-19-la bağlı statistikanın mütəmadi şəkildə yayımlandığı "Worldometers" saytının məlumata görə, infeksiyadan ən çox ölüm halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 578 min 993 nəfər koronavirusdan ölüb. Sonrakı yerləri Braziliya (365 min 954 nəfər), Meksika (211 min 213 nəfər), Hindistan (174 min 335 nəfər), İngiltərə (127 min 191 nəfər), İtaliya (115 min 937 nəfər), Rusiya (104 min 398 nəfər), Fransa (100 min 73 nəfər), Almaniya (80 min 141 nəfər) və İspaniya (76 min 882 nəfər) tutur.

Son günlər yoluxma hallarının kəskin şəkildə artdığı Türkiyədə indiyə kimi koronavirusdan 35 min 31 nəfər ölüb. Azərbaycanda isə aprelin 15-nə olan məlumata görə, 4045 nəfər bu virusdan dünyasını dəyişib. Hazırda ölkəmizdə 32 min 224 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ilk dəfə 2019-cu ilin dekabr ayında Çində qeydə alınan infeksiya dünyanın 200-dən çox ölkəsində yayılıb. Dünyada indiyə kimi 139 milyon 710 min 707 yoluxma halı qeydə alınıb. Bu virusa yoluxmuş 118 milyon 763 min 479 nəfər isə sağalıb.

Hazırda dünyada 17 milyon 910 min 479 xəstənin müalicəsi davam etdirilir.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (685)
Teqlər:
statistika, ölüm, dünya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular