10:11 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
DÜNYA
Qısa URL
14 0 0

CT4-V Blackwing və CT5-V Blackwing idman avtomobillərinin ilk 250 ədədinin hamısı fevralın 1-də onlayn sifarişlərin başlanmasından sonra cəmi bir neçə dəqiqə ərzində bronlanıb.

BAKI, 6 aprel — Sputnik. Arizona ştatının Skotsdeyl şəhərində keçirilən "Barrett-Jackson" hərracında "Cadillac Blackwing" sedan tipli avtomobilinin CT4-V və CT5-V modelləri 430000 dollara satılıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, sonu 001 ilə bitən VİN nömrəli bu iki avtomobilin satışından əldə olunan vəsait onların bazar qiymətindən xeyli yuxarıdır. Belə ki, CT4-V Blackwing ABŞ-da 87775 dollara, CT5-V Blackwing isə 125980 dollara bazara təqdim olunur. Məsələ bundadır ki, "bahasına" satılan bu sedanlardan əldə olunan vəsait "Black Ambition" xeyriyyə təşkilatına verilib.

​Yeni avtomobillərin alıcıları bonus qismində Nevada ştatında fərdi sürücülük kurslarına sertifikat, həmçinin bu yaxınlarda keçiriləcək IMSA avtomobil yarışı çempionatına biletlər əldə ediblər.

Qeyd edək ki, CT4-V Blackwing və CT5-V Blackwing idman avtomobillərinin ilk 250 ədədinin hamısı fevralın 1-də onlayn sifarişlərin başlanmasından sonra cəmi bir neçə dəqiqə ərzində bronlanıb. Bu avtomobili əldə etmək istəyən, lakin bronlamağa imkan tapmamış CT4-V və CT5-V həvəskarları gözləmə cədvəlində qeydiyyata dura bilərlər.

Teqlər:
hərrac, avtomobil

Əsas mövzular