15:34 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (668)
11 0 0

Hazırda Almaniya ərazisində karantin rejimi qüvvədədir. Ancaq koronavirus testi mənfi olanlar məktəbə, bağçaya, bərbərə, gözəllik salonlarına, gül və kitab mağazalarına gedə bilərlər.

BAKI, 4 aprel - Sputnik. Almaniyanın COVID-19-dan peyvənd olunaraq immunitet qazanmış vətəndaşlarına koronavirus testi vermədən mağazaları gəzib alış-veriş etmələrinə, eləcə də karantin qaydalarına məhəl qoymadan səyahətə çıxmalarına icazə veriləcək. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Almaniyanın Səhiyyə naziri Yens Şpan Bild am Sonntag qəzetinə müsahibəsində deyib.

Şpan iddia edir ki, Almaniyada koronavirusun üçüncü dalğası bitən kimi peyvəndlənmiş vətəndaşlar imtiyazlara sahib olacaqlar. 

Rejimin mümkün yumşaldılmasından danışarkən nazir Robert Kox İnstitutunun araşdırma nəticələrinə istinad etdiklərini bildirib. Mütəxəssislərin rəyi belədir ki, vaksinasiyadan 15 gün sonra insanlar xəstəliyi əlamətsiz keçirənlərə və COVID-19 analizi mənfi çıxmış şəxslərə nisbətən daha az yoluxucudurlar. 

Hazırda Almaniya ərazisində karantin rejimi qüvvədədir. Ancaq koronavirus testi mənfi olanlar məktəbə, bağçaya, bərbərə, gözəllik salonlarına, gül və kitab mağazalarına gedə bilərlər.

Martda Almaniya Kansleri Angela Merkel karantinin aprelin 18-dək uzadıldığını elan edib. Aprelin 1-dən 5-dək - Pasxa müddətində - rejimi əlavə gücləndirmək qərara alınıb. Pasxada dini toplantılar onlayn rejimdə keçiriləcək.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
Teqlər:
güzəşt, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19, Almaniya

Əsas mövzular