Fransızların qalmaqallı milyonçusunu döydülər

© AP Photo / Themba HadebeСилуэт человека, фото из архива
Силуэт человека, фото из архива  - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Abunə olmaq
Bernar Tapi elektrik mühəndisliyi təhsili alsa da, özünü müğənnilikdə, Formula-3 yarışlarında, müflis olmuş şirkətlərin sağlamlaşdırılması biznesində sınayıb

BAKI, 4 aprel - Sputnik. Fransalı biznesmen, siyasətçi və ictimai xadim Bernar Tapi ilə arvadını döyərək evlərini qarət ediblər.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Frans Press yayıb. 

Hadisə Tapinin Komb-la-Vill kommunasında (Paris rayonu) yerləşən evində, milyonçu ilə arvadı yatarkən baş verib. Naməlum şəxslər qarət məqsədilə evə giriblər. Güman edilir ki, onlar dörd nəfər olublar. Qonşuların çağırdıqları xilıasedicilər ər-arvada yardım göstəriblər, arvad hospitala aparılıb, kişi isə bundan imtina edib.

​Maddi ziyan barədə məlumat verilmir. Versal məhkəmə polisi araşdırma aparır.

Bernar Tapi elektrik mühəndisliyi təhsili alsa da, özünü müğənnilikdə, Formula-3 yarışlarında, müflis olmuş şirkətlərin sağlamlaşdırılması biznesində sınayıb. Üç il "Adidas" korporasiyasının rəhbəri, 1986-1994-cü illərdə "Olimpik Marsel" futbol klubunun prezidenti olub. Adına açılan maliyyə fırıldaqları üzrə məhkəmə işinə görə 2008-ci ildə Fransanın Maliyyə Nazirliyi Tapiyə 403 milyon avro ödəməyə borclu hesab edilib. 2015-ci ildə isə həmin məbləğin yenidən dövlət xəzinəsinə qaytarılması barədə qərar verilib. Tapi Avroparlamentin sabiq deputatıdır, iki dəfə Fransa parlamentinə üzv seçilib. 

Xəbər lenti
0