14:32 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
30 0 0

Agentlik hələ dərc olunmamış hesabatın yekun variantını İsveçrədən olan diplomatdan alıb. İsveçrə ÜST-ün üzvüdür.

BAKI, 29 mart — Sputnik. Çinli alimlər və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çində apardıqları birgə elmi araşdırmalar nəticəsində qənaətə gəliblər ki, yeni növ koronavirus yarasadan insana naməlum aralıq heyvan vasitəsilə keçib. Bu, hazırkı ana ən etibarlı nəzəriyyə hesab olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Associated Press" nəşri mütəxəssislərin hələ dərc olunmamış hesabatına istindən xəbər verir.

Qeyd olunur ki, alimlər COVID-19-un laboratoriyadan sızma nəticəsində yayılma ehtimalı versiyasından imtina ediblər. Vurğulanır ki, mütəxəssislər infeksiyanın mənşəyinə dair araşdırmaları davam etdirmək niyyətindədirlər.

Nəşr qeyd edib ki, alimlərin hesabatının dərc olunması bir neçə dəfə təxirə salınıb.

Agentlik hesabatın yekun variantını İsveçrədən olan diplomatdan alıb. İsveçrə ÜST-ün üzvüdür.

Hesabatda alimlər COVID-19 yayılmasının dörd əsas versiyasını sadalayıblar. Onlardan birinə görə, koronavirus yarasalardan insanlara aralıq heyvanından keçə bilər. Lakin aralıq heyvanının hansı heyvan olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Ehtimal olunur ki, həmin heyvan kərtənkələ, pişiklər və su samuru ola bilər. Bu arada ekspertlər infeksiyanın yarasalardan insanlara birbaşa keçməsi ehtimalının çox az olduğunu bildiriblər.

Bundan əlavə, mütəxəssislər qeyd ediblər ki, yarasalar koronavirusu dondurulmuş məhsulların üzərinə də qoya bilərlər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 127,1 milyonu keçib, 2,78 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Teqlər:
hesabat, Çin, COVID-19, epidemiya, Koronavirus, ÜST

Əsas mövzular