11:30 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
DÜNYA
Qısa URL
36 0 0

“Təyyarəni siz alaydınız ki, biz də çatdırıb raket alaydıq. Niyə 26 yaşı olan dövlətin qırıcı aviasiyası yox idi?” - baş nazir sual edib.

BAKI, 21 mar t- Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan raketsiz Su-30SM qırıcısını aldığını etiraf edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə o,  yerli sakinlərlə görüşündə deyib.

“Bizə deyirlər, niyə təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, onu mayda gətirdilər. O da düzdür ki, biz müharibəyədək raket almağı çatdırmadıq”, - Paşinyan deyib.

“Təyyarəni siz alaydınız ki, biz də çatdırıb raket alaydıq. Niyə 26 yaşı olan dövlətin qırıcı aviasiyası yox idi?” - baş nazir sual edib.

Rusiyadan alınan Su-30SM qırıcılarının döyüş sursatlarının olmaması barədə əvvəllər Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyan bəyan eləmişdi. Onun sözlərinə görə, Rusiya başqa dövlətlərə 130 km mənzilli “hava-hava” raketləri satmır. Ermənistan hökuməti bu bəyanatı təsdiqləməmişdi.

Teqlər:
Nikol Paşinyan, raket, qırıcı, Rusiya, Ermənistan

Əsas mövzular