12:34 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
115 0 0

Ermənilər "Ararat" şərabının şüşəsi üzərinə Şotlandiya istehsalı olan “MacIngal” brendinə oxşar etiket yapışdırıblar.

BAKI, 20 mart - Sputnik. “FAS Russia” Ermənistanın “Ararat” adı ilə Rusiya bazarlarında satışına qadağa qoyub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Rusiya mediası bunun səbəbinin ermənilərin şərab şüşəsinin üzərində Şotlandiya istehsalı olan “MacIngal” brendinə oxşar etiketin yapışdırılması olduğunu yazıb.

Bildirilib ki, ermənilərin bu saxtakarlığı istehlakçıların aldadılmasına xidmət edir. Etiketdə məhsulun mənşəyinin Şotlandiya olduğu təəssüratını yaradan fonda milli şotland kostyumunda adam təsvir edilib.

Qeyd edilib ki, bu, bazarda sağlam rəqabətə kölgə salır:

“Haqsız rəqabət inhisar əleyhinə qanunvericiliyin pozulmasıdır. Bu səbəbdən “Ararat” şərabını istehsal edən ASC-yə antimonopoliya pozuntusu əlamətləri olan hərəkətlərə xitam verilməsinin zəruriliyi barədə xəbərdarlıq edirik. “MacIngal” brendinə bənzər etiketlər vurulmuş şərabların satışının dayandırılmasını  tələb edirik”.

Əlavə edilib ki, xəbərdarlıq bir ay ərzində icra olunmalıdır.

Əsas mövzular