SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kimə zəng çatmır, Bayden narahat olub

© © STR / KCNA VIA KNS / AFPЛидер КНДР Ким Чен Ын, фото из архива
Лидер КНДР Ким Чен Ын, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.03.2021
Abunə olmaq
Bayden administrasiyasının məmuru ölkəsinin dəfələrlə göstərdiyi səylərə rəğmən, bir ildən çoxdur ki, ABŞ ilə Şimali Koreya arasında aktiv dialoq olmayıb

BAKI, 14 mart - Sputnik. ABŞ fevralın ortasından bəri müxtəlif rabitə kanalları vasitəsilə Pxenyanla dialoq qurmağa çalışsa da, cavab ala bilmir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN Ağ evdəki mənbəsinə istinadən məlumat yayıb. 

Fevralın əvvəlində Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, Prezident Co Bayden milli təhlükəsizlik üzrə komandasından Pxenyanla münasibətdə "bütün istiqamətlər üzrə" siyasətin yenidən gözdən keçirilməsini istəyib. Səbəb isə Koreya yarımadasının nüvəsizləşdirilməsinin daha effektiv üsullarının tapılmasıdır. 

Солдаты армии Северной Кореи, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.12.2020
Şimali Koreyada bu da oldu - balıqçı radio dinlədiyi üçün öldürüldü

Bayden administrasiyasının yüksək vəzifəli məmuru telekanala deyib ki, Amerika hökuməti Şimali Koreya ilə "fevralın ortasından etibarən bir neçə kanal vasitəsilə, o cümlədən Nyu-Yorkda BMT-dəki missiya ilə əlaqə yaratmağa cəhd edir". 

"Bu günə qədər Pxenyandan heç bir cavab almamışıq", - məmur deyib. 

Onun sözlərinə görə, ölkəsinin dəfələrlə göstərdiyi səylərə rəğmən, bir ildən çoxdur ki, ABŞ ilə Şimali Koreya arasında aktiv dialoq olmayıb.

Mənbə qeyd edib ki, hökumət Şimali Koreyaya münasibətdə siyasətin qurumlararası xülasəsini hazırlayır, bu, özündə "Şimali Koreyanın öz qonşuları və dünya ictimaiyyətinə artan təhdidlərinə bütün mümkün reaksiyaların qiymətləndirilməsini ehtiva edir". O əlavə edib ki, hökumət keçmiş məmurlarla, o cümlədən sabiq prezident Donald Trampın administrasiyasındakı vəzifəli şəxslərlə, həmçinin müttəfiqləri Yaponiya və Cənubi Koreya ilə məsləhətləşmələr aparıb.

Xəbər lenti
0