06:36 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
DÜNYA
Qısa URL
2102

Edam olunan şəxslərdən üçü bu ilin yanvar ayının 28-də ailələri ilə görüşə imkan verilmədiyi və onlarla normal davaranılmadığı səbəbindən həbsxanada ağızlarını tikərək etiraz aksiyası keçirmişdi

BAKI, 2 mart — Sputnik. İranın cənub-qərbindəki Xuzistan əyalətinin Əhvaz şəhərində 4 nəfər "üsyan qaldırmaq" ittihamı ilə edam edilib. Sputnik Azərbaycan-ın TRTHaber-ə istinadla yaydığı xəbərə görə, bu barədə İran İnsan Haqları Fəalları Agentliyi (Hrana) məlumat yayıb. Məlumatda bildirilir ki, Əhvazdakı Sepihar həbsxanasında Casım Heydəri, Əli Hosarçı, Hüseyn Silavi Nasir Hafacıyan bazar ertəsi edam olunublar.

Sözügedən şəxslərin 2017-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən Əhvazdakı iki polis bölməsinə hücum ittihamı ilə tutulduqları və Əhvaz İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edildiklər bildirilir. Məhkumlara ailələri ilə qısa görüş veriləndən sonra məhkəmənin qərarı icra edilib.

Qeyd edək ki, edam olunan şəxslərdən üçü bu ilin yanvar ayının 28-də ailələri ilə görüşə imkan verilmədiyi və onlarla normal davaranılmadığı səbəbindən həbsxanada ağızlarını tikərək etiraz aksiyası keçirmişdi.

Hökumətə yaxın media qurumları isə sözgüden şəxslərin "terror fəaliyyəti"nə görə edam olunduqlarını bildiriblər.

Teqlər:
məhbus, edam, İran

Əsas mövzular