BAKI, 25 fevral - Sputnik. Ermənistanın Baş Qərargahının rəhbərliyi öz funksiyalarını yerinə yetirməyə davam edir.
Bunu Sputnik Ermənistan-a Kosntitusiya məsələləri üzrə ekspert Vardan Ayvazyan deyib.
"Ölkənin Silahlı qüvvələrinin rəhbərliyindəki adamları baş nazir işdən çıxarmır. Bu, prezidentin sərəncamı ilə baş tutur. Hələ ki prezidentin müvafiq sərəncamı yoxdur, o adamlar öz vəzifələrində qalırlar. Demək olar ki, bu halda SQ seytnotdadır və qanunun ayırdığı zamandan effektiv surətdə istifadə etməlidir", - Ayvazyan deyib.
Onun sözlərinə görə, Konstitusiyaya görə, prezidentin qərar vermək üçün 3 gün vaxtı var. Əgər bu müddət ərzində qərar verməsə, o zaman bunun baş nazir edəcək.
Ayvazyan deyir ki, bu hal Konstitusiyanın 131-137, 155, 166-cı maddələri ilə tənzimlənir və bunlara görə, əgər prezident Konstitusiya Məhkəməsinə müraciət etməsə, baş nazirin qərarı qüvvəyə minir. Öz növbəsində KM də prezident ona müraciət edəndən sonra 5 gün müddətində öz qərarını açıqlaya bilr. Beləliklə vəziyyətin həlli üçün maksimum müddət 8 gün təşkil edir.
Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.
Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.