09:20 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
DÜNYA
Qısa URL
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
24 0 0

"Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan general zabitlərin qəti fikri və mövqeyidir" - bəyanatın əsas qayəsi

BAKI, 25 fevral — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbər heyətinin bəyanatı heç kim tərəfindən istiqamətləndirilməyib və hər hansı təzyiq altında hazırlanmayıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı ikinci bəyanatda bildirilir.

"Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan general zabitlərin qəti fikri və mövqeyidir. Növbəti dəfə aydın mövqeyimizi təsdiqləyirik", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. Paşinyan tərəfdarlarını meydana çıxmağa çağırıb.

Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
Teqlər:
bəyanat, Baş Qərargah, Ermənistan

Əsas mövzular