21:07 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
DÜNYA
Qısa URL
26 0 0

Ermənistan müxalifəti A planı üzrə etiraz yürüşünə başlayıb. Vazgen Manukyan deyib ki, bu, işə yaramasa, B planına keçəcəklər.

BAKI, 22 fevral - Sputnik. Ermənistan paytaxtında ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edənlərin yürüşü başlayıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aksiya Yerevanın ucqar hissəsindən başlayıb və mərkəzinə doğru istiqamətlənib. Polis etirazçılara mane olmur.

"Onun (Paşinyanın - red.) hakimiyyətdən uzaqlaşdırılmasına dair bizim proqramıız var. Xalqla birgə onun getməsinə nail olacağıq. Konstitusiya yolu ilə gedirik", - etiraz yürüşünün təşkilatçılarından biri, "Daşnakütun" partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

Saqatelyan bundan öncə də non-stop rejimdə hər gün etiraz aksiyalarının keçiriləcəyini bəyan eləmişdi. 

Müxalifətin baş nazir qismində görmək istədiyi Vazgen Manukyan isə fevralın 20-də 20 siyasi gücün iştirak etdiyi mitinqdə müxalifəti "istənilən vaxt üsyanla hakimiyyəti ələ keçirməyə hazır olmaları" barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, B planıdır. A planı isə baş naziri istefaya məcbur edəcək kütləvi etiraz aksiyalarıdır. 

2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra müxalifət Paşinyanın istefasını tələb edərək mitinqlər keçirir.

Teqlər:
Nikol Paşinyan, yürüş, etiraz, Ermənistan, Yerevan

Əsas mövzular