11:58 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
21 0 0

Baş nazir Benyamin Netanyahu və koalisiya ortağı Müdafiə naziri Benni Qantzın seçki öncəsi olduğu üçün bu məlumatı ictimaiyyətdən gizlətdiyi bildirilir.

BAKI, 20 fevral — Sputnik. İsrail hökuməti Suriyanın cənubundakı Kuneytra əyalətinə səhvən daxil olduqdan sonra həbs edilən vətəndaşlarının azad edilməsi üçün Bəşər Əsəd rejimini koronavirus vaksini ilə təmin edib. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən məlumat verir.

İsrail mətbuatı yazır ki, hökumət əsir qarşılığında Əsəd rejiminə 1,2 milyon Sputnik V vaksini alıb. Vaksinin birbaşa Dəməşqə göndərilməsi ilə bağlı razılıq əldə olunub. Baş nazir Benyamin Netanyahu və koalisiya ortağı Müdafiə naziri Benni Qantzın seçki öncəsi olduğu üçün bu məlumatı ictimaiyyətdən gizlətdiyi bildirilir.

Qeyd edək ki, bu həftə İsrail və Suriya arasında Rusiyanın vasitəçiliyi ilə əsir mübadiləsi baş tutub.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Bəşər Əsəd, İsrail, Benyamin Netanyahu

Əsas mövzular