21:33 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
DÜNYA
Qısa URL
344 0 0

Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə əlaqədar açıqlamasından narahatlığını ifadə edib.

BAKI, 15 fevral - Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefonla danışıb. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çavuşoğlu ABŞ-ın dövlət katibini yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib. 

Nazirlər iki ölkə arasında əlaqələr, FETÖ, PKK/PYD mövzusu, terrorla mübarizə, “S-400” və bəzi regional məsələlər - Suriya, Şərqi Aralıq dənizi ilə bağlı müzakirələr aparıblar.

Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə əlaqədar açıqlamasından narahatlığını ifadə edib.

Hər iki nazir yaxın gələcəkdə gündəmdə olan mövzuları daha ətraflı şəkildə müzakirə etmək üçün bir daha danışıqlar aparacaqlarını bildiriblər.

Qeyd edək ki, “CNN-Türk”ün Türkiyə XİN-in diplomatik nümayəndələrinə istinadla verdiyi məlumata görə, ABŞ Dövlət katibi 13 Türkiyə vətəndaşının qətlində PKK-nın məsuliyyət daşıdığını bildirərək, ölkəsinin öncə bu məsələ ilə bağlı verdiyi açıqlamadakı “əgər 13 Türkiyə vətəndaşının qətliamı doğru isə” ifadəsinə görə üzrxahlıq edib.

Əsas mövzular