20:11 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
DÜNYA
Qısa URL
13 0 0

Dənizçilər onların geri qaytarılması üçün verdikləri dəstəyə görə, Türkiyə dövlət rəsmilərinə təşəkkür ediblər.

BAKI, 14 fevral - Sputnik. Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan 15 türkiyəli dənizçi İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə mediasında yayılan xəbərlərə görə, gəminin kapitanı Mustafa Kaya 21 gün dəniz quldurunun əsarətində olduqlarını, bir meşədə girov saxlandıqlarını, silahlı adamlar tərəfindən psixoloji təzyiqlərə məruz qaldıqlarını, Türkiyə XİN tərəfindən uzunmüddətli müzakirələr aparıldıqdan sonra geri qaytarıldıqlarını bildirib.

Dənizçilər onların geri qaytarılması üçün verdikləri dəstəyə görə, Türkiyə dövlət rəsmilərinə təşəkkür ediblər.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb.

Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılov Azərbaycana göndərilərək, doğulduğu Siyəzən rayonunda dəfn edilib.

Teqlər:
Nigeriya, Türkiyə, dəniz quldurları, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu

Əsas mövzular