20:40 02 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
DÜNYA
Qısa URL
409 0 0

Daha əvvəl bir sıra təşkilatlar əksər şəxslərin orada məhkəməsiz saxlanılması və işgəncələrə məruz qalmasın görə ABŞ-ın yeni Administrasiyasından Quantanamo həbsxanasının bağlanmasını istəyiblər.

BAKI, 13 fevral — Sputnik. ABŞ Prezidenti Co Baydenin Administrasiyası Quantanamo körfəzində həbsxananın bağlanması məqsədi ilə prosedura başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Washington Examiner" nəşri Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emeli Horn bildirib.

"Milli Təhlükəsizlik Şurasında biz hazırda Bayden Administrasiyasına öz sələfindən qalan vəziyyətin qiymətləndirilməsi ilə məşğuluq. Bizim sonrakı ümumi hədəfimiz Quantanamonu bağlamaqdır", - deyə Horn qeyd edib.

Onun sözlərinə görə, öncə müdafiə nazirliyi, dövlət departamenti və ədliyyə nazirliyi də daxil olmaqla, milli təhlükəsizliyə cavabdeh olan bir sıra qurumlarda əsas siyasi yerləri doldurmaq lazımdır: "Bundan sonra obyektin bağlanması ilə bağlı proqresə nail olmaz olar".

Qeyd edək ki, Quantanamo bazasında beynəlxalq terrorçular üçün həbsxana 2011-ci il 11 sentyabr terror aktından sonra yaradılıb. Qeyd edək ki, daha əvvəl ATƏT və BMT-nin ekspertləri də daxil olmaqla bir sıra təşkilatlar əksər şəxslərin orada məhkəməsiz saxlanılması və işgəncələrə məruz qalmasın görə ABŞ-ın yeni Administrasiyasından Quantanamo həbsxanasının bağlanmasını istəyiblər.

Əsas mövzular