07:54 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
DÜNYA
Qısa URL
176210

Türkiyə Prezidenti: Təmsil etdiyimiz mədəniyyətin dünyada yenidən lider ola bilməsi Türkiyənin kosmos yarışında qət edəcəyi məsafəyə bağlıdır. 

BAKI, 9 fevral - Sputnik. Bu axşam ölkəmizin tarixi bir dönüş nöqtəsinə şahidlik edirik. İrəlidəki 10 ilin necə formalaşdırılacağını bir azdan açıqlayacağıq. Planetin kosmos yarışında ölkəmizi üst səviyyəyə qaldıracağıq."

Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milli Kosmos Proqramının təqdimatı zamanı deyib. 

O qeyd edib ki, Türkiyə peyk istehsalı qabiliyyətinə malik olan azsaylı ölkələr arasındadır. 

"Müşahidə peyklərində qazandığımız təcrübə ilə ötürücü peykləri özü istehsal edən ölkələr arasında yer tutacağıq" , - deyən Ərdoğan qarşıdakı illərdə türk mühəndislər sayəsində peyklər vasitəsilə əldə edilən məlumatların təhlükəsizliyini bütövlükdə təmin edəcəklərini bildirib. 

"Bütün dünyanın gözü üstümüzdədir. Niyə bizə qarşı bu qədər hücuma keçirlər? Çünkü "çılğın türklər gəlir" deyirlər. Pozitiv elmlərdəki üstünlüyün son illərdə Qərbə keçdiyini bilirik. Amma dünya yeni bir dəyişiklik ərəfəsindədir", - deyə o, bildirib. 

"Təmsil etdiyimiz mədəniyyətin dünyada yenidən lider ola bilməsi Türkiyənin kosmos yarışında qət edəcəyi məsafəyə bağlıdır.  Ən önəmli hədəfimiz Cümhuriyyətimizin 100-cü ildönümündə Ayla ilk təması həyata keçirməkdir. İnşallah Aya gedirik. 2023-cü ilin sonunda yaxınmənzilli milli və hibrid raketimizlə Aya gedərək sərt bir eniş həyata keçirəcəyik. 2028-ci ildə, ikinci mərhələdə isə raketimiz yaxın orbitə çıxaraq", - deyə Türkiyə prezidenti əlavə edib. 

Teqlər:
Türkiyə, kosmos, Ay, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan

Əsas mövzular