01:36 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (622)
2210

Niderlandda ilk COVID-19-a yoluxma faktı 2020-ci il fevralın 27-də aşkarlanmışdı. O vaxtdan indiyədək orada 14 mindən çox insan dünyasını dəyişib.

BAKI, 6 fevral - Sputnik. Niderlandda yeni tip koronavirusa yoluxanların sayı milyonu keçib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb. 

"Son 24 saat ərzində ölkədə 4130 yeni yoluxma faktı aşkarlanıb. Bu isə o deməkdir ki, əhalisi 17 milyon ölkədə il ərzində yoluxanların sayı artıq bir milyonu keçib", - məlumatda bildirilir.

Niderlandda ilk COVID-19-a yoluxma faktı 2020-ci il fevralın 27-də aşkarlanmışdı. O vaxtdan indiyədək orada 14 mindən çox insan dünyasını dəyişib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (622)

Əsas mövzular