01:53 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
DÜNYA
Qısa URL
106311

"15 iyulu törədənlər sizi rahat buraxarlarmı? FETÖ törətdi 15 iyulu? 15 İyulu FETÖ etmədi, sizi rahat buraxmazlar".

BAKI, 3 fevral — Sputnik. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun ötən gün TV kanallarından birində səsləndirdiyi fikirlər ictimaiyyət arasında səs-küyə səbəb olub. Sputnik Azərbaycan xəbər verir ki, Süleyman Soylu qatıldığı verilişdə qeyd edib ki, Türkiyədə 15 iyul 2016-cı ildə çevriliş cəhdinin FETÖ tərəfindən təşkil edilmədiyini bildirib.

"15 iyulu törədənlər sizi rahat buraxarlarmı? FETÖ törətdi 15 iyulu? 15 İyulu FETÖ törətmədi, sizi rahat buraxmazlar. Ancaq ayaqda sağlam dursanız, rahat olarsınız, bu qədər bəsit", - deyə Soylu qeyd edib.

Qeyd edək ki, 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişi cəhdi baş verib. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə Ərdoğan hakimiyyətini devirmək idi.

Teqlər:
nazir, FETÖ, Türkiyә

Əsas mövzular