08:33 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
DÜNYA
Qısa URL
18 0 0

Vəkil Musap Nayman bildirib ki, dalağın yolda itməsi ilə yanaşı, adi karqo ilə göndərilməsi də cinayət məsuliyyəti üçün əsas verir.

BAKI, 2 fevral — Sputnik. Türkiyənin Yalova şəhərindəki özəl xəstəxanalardan birində dalaq böyüməsi diaqnozu qoyulan Ahmet Kıral adlı şəxsin dalağı əməliyyat edilərək götürülüb. Əməliyyat zamanı dalaq bütünlüklə çıxarılaraq patoloji tədqiqat üçün karqo ilə İstanbula göndərilib. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, vətəndaşın dalağı karqoda itib. A.Kıral dalağının İstanbula xüsusi deyil, standart karqo ilə göndərildiyinə görə xəstəxanadan Yalova Şəhər Prokurorluğuna şikayət edib.

O bildirib ki, əməliyyatdan iki gün sonra xəstəxanadan evə buraxılıb. Ona patoloji müayinənin nəticəsinin iki həftədən sonra bildiriləcəyi deyilsə də, müddət tamam olandan sonra xəstəxanadan heç bir xəbər çıxmayıb. Bu vəziyyətdən şübhələnən pasiyentin oğlu Ünal Kıral bir neçə dəfə xəstəxanaya gedərək məlumat almağa çalışıb və nəhayət, atasının dalağının karqoda itdiyini öyrənib. Məlum olub ki, pasiyentin orqanı Səhiyyə Nazirliyinin razılıq əldə etdiyi xüsusi karqo şirkətlərindən biri ilə göndərilməli olduğu halda, standart karqo ilə göndərilib.

A.Kıralın vəkili Musap Nayman isə bildirib ki, dalağın yolda itməsi ilə yanaşı, adi karqo ilə göndərilməsi də cinayət məsuliyyəti üçün əsas verir: "Xəstəxana rəhbərliyi səhiyyə orqanı kimi öz nizamnaməsinə əməl etməyib. Nizamnaməyə əsasən, patoloji tədqiqat üçün göndərilən orqanlar yolda xarab olmaması üçün üçqat şəkildə paketlənərək xüsusi avadanlığın içinə yerləşdirilməlidir. Digər tərəfdən, 2238 saylı qanuna əsasən, orqan nəqli və daşınması Səhiyyə Nazirliyinin qarşılıqlı razılıq əldə etdiyi xüsusi karqo şirkətləri vasitəsilə göndərilməlidir", – deyə vəkil bildirib.

 

Teqlər:
Türkiyә, karqo, dalaq

Əsas mövzular