Terrorçuların qətlə yetirdiyi türk diplomatlar yad edildi

© AFP 2023 / OZAN KOSEФлаг Турции, фото из архива
Флаг Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qurgen Yanikyan adlı erməni terrorçusu öz ifadəsində 1973-cü ildə Baş konsul M.Baydar və konsul B.Dəmiri öldürdüyünü etiraf etsə də, həbsindən 10 il sonra Kaliforniyanın erməni mənşəli qubernatoru tərəfindən azadlığa buraxılıb

BAKI, 29 yanvar — Sputnik. ABŞ-da erməni terror təşkilatı tərəfindən 1973-cü il yanvarın 27-də qətlə yetirilən Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və konsulu Bahadır Demirin xatirəsi yad edilib. Sputnik Azərbaycan "TRT Haber"-ə istinadla bildirir ki, xatirə mərasimi Türkiyənin Los-Ancelesdəki Baş konsulluq binasında keçirilib. Tədbirdə Türkəyinin bu şəhərdəki Baş konsulu Can Oğuz iştirak edib.

Erməni terrorçularının ABŞ-da qətlə yetirdiyi daha bir türk diplomatı isə 1982-ci il yanvarın 28-də öldürülən Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkandır. Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc onun ölümünün ildönümü münasibətilə "Twitter" hesabında paylaşdığı mesajda "28 yanvar 1982-ci ildə terror təşkilatı JCAG tərəfindən alçaqcasına qətlə yetirilmiş Los-Anceles şəhərindəki Baş konsulumuz mərhum Kamal Arıkanı rəhmətlə yad edir, əziz xatirəsi qarşısında baş əyirəm", – deyə qeyd edib.

Türk-Amerika İdarəetmə Komitəsi (TASC) də bu münasibətlə "27 yanvar 1973-cü il, Santa Barbara, Kaliforniya: Erməni terrorunun başlanğıcı" başlığı ilə mesaj paylaşıb. Məlumatda bildirilir ki, Qurgen Yanikyan adlı erməni terrorçusu öz ifadəsində 1973-cü ildə Baş konsul M.Baydar və konsul B.Dəmiri öldürdüyünü etiraf etsə də, həbsindən 10 il sonra Kaliforniyanın erməni mənşəli qubernatoru tərəfindən azadlığa buraxılıb.

Qeyd edək ki, Qurgen Yanikyan ASALA erməni terror təşkilatının üzvü olub.

Xəbər lenti
0