Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

© AP Photo / Ebrahim NorooziТело человека, умершего от COVID-19
Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə bu virusdan ölənlərin sayı 3069-a çatıb. Xəstəlikdən sağalanların sayı 166728 nəfər olub. Hazırda bu ölkədə 5984 nəfər xəstəxanada müalicə alır

BAKI, 29 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 166232-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 59 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3069-a çatıb. Xəstəlikdən sağalanların sayı 166728 nəfər olub. Hazırda bu ölkədə 5984 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 101,4 milyonu keçib, 2,19 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0