12:04 06 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
DÜNYA
Qısa URL
20 0 0

Paylaşımda ABŞ PUA-sından endirilən zərbə zamanı ölən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamının alınacağı vurğulanıb.

 

BAKI, 24 yanvar — Sputnik. İranın dini lideri ayətullah Əli Xamenei "Twitter" hesabında paylaşdığı bir şəkil ilə ABŞ-ın keçmiş prezidenti Donald Trampı hədələyib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, paylaşımda Donald Trampa bənzər bir qolfçu pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınmış şəkildə göstərilib.

Xameneinin Trampı təhdid edən paylaşımında ABŞ PUA-sından endirilən zərbə zamanı ölən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamının alınacağı vurğulanıb.

 Bu paylaşımdan sonra "Twitter" qaydaların pozulduğunu əsas gətirərək Xameneinin hesabını dayandırıb.

"Twitter" daha əvvəl Trampın hesabını şiddətə təhrik etmə riski səbəbindən bağlamışdı.

Xatırladaq ki, 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülmüşdü. İran Ali dini lideri Əli Xamaneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan etmişdi.

 

Əsas mövzular