01:58 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
DÜNYA
Qısa URL
1910

Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib. 

BAKI, 20 yanvar - Sputnik. Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. 

"Mən, Co Bayden, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatlar Prezidentinin vəzifələrini vicdanla yerinə yetirəcəm, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyəcəm, qoruyacam", - Bayden sağ əlini qaldırıb, sol əlini də Bibliyanın üzərinə qoyaraq and içib.

"Bu, Amerikanın, demokratiyanın qələbə çaldığı gündür. Tarixi gün və yenilənməyə ümid günüdür. Bu gün biz namizədin deyil, məqsədin qələbəsini qeyd edirik. Məqsəd - demokratya idi. Xalqın iradəsi eşidildi. Biz yenidən anladıq ki, demokratiya dəyərlidir, kövrəkdir. İndi isə, dostlar, demokratiya qələbə çaldı", - Bayden deyib. 

​Yeni prezident irqçiliyə qarşı çıxaraq ona qalib gələcəyini də söz verib. O, bütün qəlbi ilə amerikalıların birliyinə çalışacağını deyib. 

"Amerikanın yaralarını sararaq gələcəyini təmin etmək üçün, bütün bu çağırışların öhdəsindən gəlmək üçün sözlərdən çox böyük bir şeyə ehtiyac var - birliyə... Bu yanvar günündə mənim ruhum ancaq buna can atır - Amerikanı, xalqı, millətimizi birləşdirməyə. Hər bir amerikalını bu məqsəd uğrunda mənimlə birləşməyə çağırıram", - Bayden xalqa mnüraciətində söyləyib.

​Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib. 

78 yaşlı demokrat Bayden ABŞ-ın 46-cı prezidenti oldu. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkilərdə ikinci dəfə namizədliyini vermiş Donald Trampa qalib gəlib. Tramp Baydenin andiçmə mərasimində iştirak etməyib və Ağ Evi tərk edərək Floridaya uçub.

Teqlər:
prezident, ABŞ, andiçmə mərasimi, Co Bayden

Əsas mövzular