Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisindən gözlənilməz səfər

© Turkish Defense Ministry via AP, PoolМинистр национальной обороны Турции Хулуси Акар, фото из архива
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəli rəsmilər İraqın Prezidenti Berhem Salih, Baş naziri Mustafa Kazımi, müdafiə naziri Cuma Anad daxil olmaqla bir sıra rəsmilərlə görüşlər keçirəcəklər.

 

BAKI, 18 yanvar — Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar və bu ölkənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər İraqın paytaxtı Bağdadda səfərdədirlər. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyəli rəsmilər İraqın Prezidenti Berhem Salih, Baş naziri Mustafa Kazımi, müdafiə naziri Cuma Anad daxil olmaqla bir sıra rəsmilərlə görüşlər keçirəcəklər.

Akarın Bağdad səfərinin ən əsas mövzusu terrorla mübarizə sahəsində Türkiyə və İraq arasında əməkdaşlıq olacaq.

Xəbər lenti
0