04:43 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
9 0 0

Müzakirənin iki saat davam edəcəyi, bundan sonra konqresmenlərin impiçment qərarına səs verəcəyi gözlənilir.

BAKI, 13 yanvar - Sputnik. ABŞ Nümayəndələr Palatasının üzvləri bu gün keçirilən iclasda hazırkı prezident Donald Trampın impiçmenti ilə bağlı müzakirələrə başlayıblar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, müzakirənin iki saat davam edəcəyi, bundan sonra konqresmenlərin impiçment qərarına səs verəcəyi gözlənilir.

Sənəddə yalnız bir maddə ilə ittiham irəli sürülüb – qiyama təşviq etmək.

Trampın impiçmenti ilə bağlı sənəd Demokrat konqresmenlər Devid Sisilini, Ted Lyu və Ceymi Raskin tərəfindən hazırlanıb. Sənədə görə, Ağ Evin hazırkı rəhbəri "ABŞ hökumətinə qarşı zorakılığa təhriketmə"də günahlandırılır.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.

 

Əsas mövzular