17:24 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
11 0 0

O, həmçinin bildirib ki, Tramp koronavirusla mübarizə əvəzinə seçkilərin nəticələrinə görə "sızıldayır və şikayət edir".

BAKI, 5 yanvar — Sputnik. Birləşmiş Ştatların seçilmiş Prezidenti Co Bayden hazırkı prezident Donald Trampı lağa qoyaraq onun öz işini görmədiyini deyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Co Bayden Corciya ştatında öz tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Mən bilmirəm, bu iş onun nəyinə lazımdır, o işləmək istəmir", - deyə Bayden qeyd edib.

O, həmçinin bildirib ki, Tramp koronavirusla mübarizə əvəzinə seçkilərin nəticələrinə görə "sızıldayır və şikayət edir".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 85,7 milyonu keçib, 1,85 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular