17:30 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
1201

Birbaşa ödəmələr illik gəliri 75 min dollardan aşağı olan şəxslər üçün nəzərdə tutulub, eləcə də daha çox əziyyət çəkən şirkətlərə subsidiyalar veriləcək

BAKI, 31 dekabr - Sputnik. Milli iqtisadiyyatın stimullaşdırılması çərçivəsində vətəndaşlara adambaşına iki min dollar ödənilməsi üzrə ABŞ senatında aparılan səsverməyə respublikaçılar yenə veto qoyublar. 

Sputnik Azərbaycan-ın məlumatına görə, belə bir bəyanatla respublikaçıların lideri Mitç Makkonnel çıxış edib.

"Nümayəndələr palatasının spikeri Nensi Pelosinin kasıblara kömək etmək üçün varlılara sosializm təşkil eləməsi bizə lazım deyil", - Makkonnel deyib.

Onun sözlərinə görə, "orta təbəqənin yuxarı layına" mənsub amerikalılar öz iş yerlərini saxlayıblar və ödənişlərə ehtiyacları yoxdur. Ancaq kasıb vətəndaşlar xeyli əziyyət çəkirlər, eyni zamanda ildə 75 min dollardan az pul qazanan hər kəsə (vergi ödəyicilərinin təxminən dörddə üçü) eyni məbləğin ödənməsi planlaşdırılır. 

Dekabrın 29-da ABŞ Konqresinin Nümayəndələr palatası amerikalılara adambaşı 2 min dollar paylanması ideyasını təqdir edib, əksəriyyət milli iqtisadiyyatın stimullaşdırılması çərçivəsində vətəndaşlara birbaşa ödəmələrin lehinə səs verib. 

Dekabrın 28-də ABŞ-ın fəaliyyətdə olan Donald Tramp Amerika iqtisadiyyatına kömək paketi barədə qanun layihəsini imzalamışdı. Ödəmələrin məbləği 600-dən 2000 dollaradək, uşaqlara ödəmələr isə 300-dən 600 dollaradək qaldırılıb. 

Birbaşa ödəmələr illik gəliri 75 min dollardan aşağı olan şəxslər üçün nəzərdə tutulub, eləcə də daha çox əziyyət çəkən şirkətlərə subsidiyalar veriləcək. 

Teqlər:
ödəmə, səsvermə, blok, Respublikaçılar Partiyası, Senat, Konqres, ABŞ

Əsas mövzular