15:24 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
2620

"Qızılı rəngli kağızı olan konfetlər də süfrədə olmamalıdır. Parlaq bəzədilmiş şam ağacı da Öküzü və onunla yanaşı, uğuru da qorxudur.

BAKI, 31 dekabr — Sputnik. Qarşıdan gələn 2021-ci il ağ metal rəngli Öküz ilidir. Astroloqların fikrincə, Öküz ilinin uğurlu keçməsi üçün sahibi ilə dil tapmağı bacarmaq lazımdır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, taroloq Qalina Yanko Öküzü qəzəbləndirməməyin sirrini açıqlayıb.

"İlin sahibi Yeni il süfrəsində mal ətindən olan qidaların olmasından narazı olacaq. Süfrədə qırmızı rəngli qidalardan pomidor və bibər də olmamalıdır", - deyən taroloq bildirib ki, ili spirtli içkilərsiz qarşılamaq lazımdır. Çünki Öküz spirtli içkiləri də sevmir.

Nə qədər qəribə olsa da, Yanko süfrədə naringinin olmamasını da məsləhət görüb. Onun sözlərinə görə, bayram süfrəsində narıncı rəngdə olan qidalara da yer ayrılmamalıdır.

"Qızılı rəngli kağızı olan konfetlər də süfrədə olmamalıdır. Parlaq bəzədilmiş şam ağacı da Öküzü və onunla yanaşı, uğuru da qorxudur.

Teqlər:
ət, konfet, spirtli içki, bayram süfrəsi, il, öküz

Əsas mövzular