16:23 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
14 0 0

Bütün ittihamları rədd edən Abdullah Uçmak isə yeni ifadəsində "İbrahim Tatlısəsin vurulmasına çox sevindim" deyərək, peşman olmadığını bəyan edib.

BAKI, 18 dekabr — Sputnik. Doqquz il əvvəl Kalaşnikov silahı ilə başından vurulan İbrahim Tatlısesin canına qəsd etmək istəyənlərə qarşı açılan ağır cinayət işi yenidən gündəmə gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənniyə və həmin an yanında olan köməkçisi ilə sürücüsünə atəş açanlara 40 il həbs cəzası istənilib.

Hazırda həbsdə olan və cinayətin sifarişçisi kimi tutulan Abdullah Uçmak, həmçinin Yunus Ayık ilə Ersin Altun haqqında qərara yenidən baxılacaq. Belə ki, hər üç müttəhimin 40 il həbs cəzasına məhkum edilməsi gözlənilir.

Ona qarşı olan bütün ittihamları rədd edən Abdullah Uçmak isə yeni ifadəsində "İbrahim Tatlısəsin vurulmasına çox sevindim" deyərək, peşman olmadığını bəyan edib.

Qeyd edək ki, İbrahim Tatlısəs və həmin an yanında olan köməkçisi ilə sürücüsünə 2011-ci ilin martında atəş açılmışdı. Bu səbəbdən müğənni uzun illər səhnə fəaliyyətinə ara vermişdi.

Əsas mövzular