04:02 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
28 0 0

Aydındır ki, NATO üzvü bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlər arasındakı etibara, ittifaqın ruhuna ziyan vuracaq.

BAKI, 15 dekabr — Sputnik. Birləşmiş Ştatların ölkəmizə S-400 hava hücumundan müdafiə zenit raket kompleksinin tədarükü səbəbi ilə müttəfiqlik, mövcud hərbi, siyasi gerçəkliklərə uyğun olmayan sanksiya qərarını qınayırıq. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

"Aydındır ki, NATO üzvü bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlər arasındakı etibara, ittifaqın ruhuna ziyan vuracaq", - deyə Türkiyənin Müdafiə naziri qeyd edib.

Müdafiə naziri vurğulayıb ki, ciddi bir hava və raket təhlükəsi altında olan Türkiyənin və 83 milyon vətəndaşın hava və raketlərdən müdafiəsi də daxil, güvənliyi üçün lazım olan bütün tədbirlər alınıb və alınacaq.

Qeyd edək ki, ötən gün rəsmi Vaşinqton Türkiyə Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmayıl Dəmir və digər üç səlahiyyətlisinə sanksiya tətbiq edib.

ABŞ-ın dövlət katibi Mayk Pompeonun izah etdiyi kimi, bu qərar Rusiyanın zenit raket sistemlərinin Ankara tərəfindən satın alınması ilə əlaqədardır. O, Türkiyəni ABŞ-la koordinasiya şəraitində S-400 problemini "dərhal" həll etməyə çağırıb.

"Türkiyə ABŞ üçün dəyərli bir ortaq və əhəmiyyətli bir regional təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin sərəncamındakı S-400 maneəsini ən qısa müddətdə aradan qaldıraraq müdafiə sektorundakı onilliklər boyu mövcud olan məhsuldar əməkdaşlıq tariximizi davam etdirmək istəyirik", - Pompeonun yazılı açıqlamasında deyilir.

Pompeonun fikrincə, sanksiyaların tətbiqi "ABŞ-ın CAATSA-nın (Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə aktı - red.) 231-ci bəndini tamamilə tətbiq edəcəyinə və Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli əməliyyatlara dözməyəcəyinə dair açıq bir siqnal" verir.

"CAATSA-nın 231-ci bəndi və bugünkü fəaliyyət Türkiyə, yaxud ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi qabiliyyətini və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır. Əksinə, Rusiyanın genişmiqyaslı zərərli hərəkətlərinə cavab olaraq bir bədəl ödəməsini hədəfləyir", - Dövlət Departamentinin açıqlamasında deyilir.

 

Teqlər:
"S-400" raket sistemi, Hulusi Akar, Türkiyə, NATO, ABŞ

Əsas mövzular