15:44 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
20 0 0

ABŞ-da 538 nümayəndədən ibarət Seçicilər Kollegiyası onun ölkənin 46-cı prezidenti seçildiyini elan edib.

BAKI, 15 dekabr — Sputnik. Noyabrın 3-də ABŞ-da keçirilən seçkilərdən sonra ayrı-ayrılıqda 50 ştatda və Waşinqtonda toplanan Seçicilər Kollegiyasının səsverməsi ilə Co Baydenin prezidentliyi təsdiqlənib. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermədə Seçicilər Kollegiyasına daxil olmuş ilk türk nümayəndə – Derya Taşkın da iştirak edib.

Bayden bu münasibətlə Vaşinqtonda verdiyi açıqlamada "Tarix boyu etdiyimiz kimi yeni bir səhifə açmağın, birləşməyin və yaxşılaşmağın vaxtı gəlib çatdı", deyib.

Ona səs verən və verməyən bütün amerikalıların prezidenti olacağına söz verən Bayden bildirib ki, Donald Tramp nə qədər Amerikda demokratiyanı məhv etməyə çalışsa da, buna nail ola bilməyib.

Bayden "ABŞ-da siyasətçilər nəzarəti ələ almırlar, xalq onlara bu səlahiyyət verir", – deyə nitqini yekunlaşdırıb.

Seçki Kollegiyasının səsvermə nəticələri 2021-ci il yanvarın 6-da ABŞ vitse-prezidenti Mayk Pensin rəhbərliyi ilə keçiriləcək iclasında ikinci dəfə müzakirə olunaraq təsdiqlənəcək.

Qeyd edək ki, Co Bayden ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkisində Seçicilər Kollegiyasının 306 nümayəndəsinin səsini almaqla qalib gəlib. ABŞ prezidenti Donald Tramp isə yalnız 232 nümayəndənin səsini ala bilib.

Xatırladaq ki, ABŞ-da keçirilən prezident seçkisində Seçki Kollegiyasına müxtəlif ştatlardan 538 nümayəndə təyin edilir. Seçicilər isə seçki vaxtı birbaşa prezidentliyə namizədə deyil, Seçki Kollegiyasının üzvlərinə səs verirlər. Bir ştatda hansı partiya daha çox səs qazansa, onun əvvəlcədən təyin olunmuş nümayəndələri rəsmi olaraq Amerika Birləşmiş Ştatlarının prezidentini və vitse-prezidentini seçirlər.

538 nəfərin yarıdan çoxunun və ya 270 nümayəndənin səsini qazanan namizəd prezident olmaq hüququna malikdir.

Teqlər:
ABŞ, prezident seçkiləri, Co Bayden

Əsas mövzular