16:17 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
53 0 0

Türkiyə mütəxəssisləri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan Ordusuna kömək edirlər.

BAKI, 6 dekabr - Sputnik. Dağlıq Qarabağda atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına hazırlıqlar tam sürətlə davam edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şəbnəm Aktop bildirib.

Onun sözlərinə görə, Türkiyə mütəxəssisləri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan Ordusuna kömək edirlər.

"Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər. Türkiyə sonra da Azərbaycan xalqının ədalətli mübarizəsinə dəstək verməyə hazırdır", - Aktop bildirib.

Teqlər:
Azərbaycan, Milli Müdafiə Nazirliyi, Türkiyə

Əsas mövzular