02:46 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları onun "Facebook"da birmənalı qarşılanmayan paylaşımından sonra partiya sıralarını tərk etməyə başlayıb.

BAKI, 16 noyabr — Sputnik. Ermənistanın Ətraf mühit məsələləri üzrə nazirinin müavini İrina Kaplanyan istefa verib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

"Ölkəmə, millətimə xidmət etmək həyatımda ən böyük şərəf idi. İnam üçün təşəkkürlər", - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş nazir Nikol Paşinyanın tərəfdarları onun "Facebook"da birmənalı qarşılanmayan paylaşımından sonra partiya sıralarını tərk etməyə başlayıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ordu hissələrini Qarabağdan Yerevana çağırıb: "Bu gün ön cəbhədə əsgərlərin əks olunduğu onlarla videoya baxdım. Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Gəlin, divar dibində ulayanlarla məsələni həll edək. Sizinlə fəxr edirəm", – deyə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, Yerevan məhkəməsi ötən gün həbs edilmiş müxalifət liderlərini azadlığa buraxıb.

Bu bəyanatdan narahat olan erməni ekspertlər Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin əlamətlərinin olduğunu qeyd ediblər. Paşinyan özünə sadiq ordu hissələrini paytaxta yığmağa başlayır.

Teqlər:
Qarabağ, Nikol Paşinyan, Yerevan, Ermənistan

Əsas mövzular