15:05 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1601

ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib ki, bir il əvvəl İran şəhərlərindəki nümayişlərdən sonra, rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və internetə tam məhdudiyyət qoyub.

BAKI, 15 noyabr - Sputnik. Amerika Birləşmiş Ştatları gələn həftə İrana qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo adından yayılan yazılı açıqlamada qeyd olunub.

Bildirilib ki, bir il əvvəl İran şəhərlərindəki nümayişlərdən sonra, rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və internetə tam məhdudiyyət qoyub.

Amerika diplomatiyasının rəhbəri hesab edir ki, İran tərəfi həmin həftə ərzində törədilən cinayətlərlə bağlı müstəqil istintaq aparmaqdan hələ də imtina edir.

Teqlər:
Sanksiya, Amerika Birləşmiş Ştatları, Tehran, ABŞ Dövlət katibi, Mayk Pompeo, İran

Əsas mövzular