03:12 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

Xatırladaq ki, son aylar mətbuatda Esperin vəzifəsindən istefa vermək istəməsi barədə şayiələr yayılmışdı.

BAKI, 9 noyabr - Sputnik. ABŞ prezidenti Donald Tramp Terrorizmlə Mübarizə üzrə Milli Mərkəzin başçısı Kristofer Milleri müdafiə naziri Mark Esperin yerinə təyin etdiyini bildirib.

“Report”un məlumatına görə, bu barədə o, özünün “Twitter”dəki hesabında yazıb.

"Milli Terrorla Mübarizə Mərkəzinin çox hörmətli direktoru (Senat tərəfindən yekdilliklə təsdiqlənən-red) Kristofer Millerin bundan sonra müdafiə naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunam. Kris çox yaxşı işləyəcək! Mark Esper vəzifəsindən uzaqlaşdırıldı. Ona xidmətinə görə təşəkkür edirəm", - Tramp yazıb.

Xatırladaq ki, son aylar mətbuatda Esperin vəzifəsindən istefa vermək istəməsi barədə şayiələr yayılmışdı.

Əsas mövzular