02:05 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
9 0 0

Qətər Mədəniyyət Nazirliyi "Doha 2021 – İslam Mədəniyyəti Paytaxtı" tədbirlərinin açılışını yanvarın 14-də, Beynəlxalq Kitab Sərgisi zamanı təşkil etməyi nəzərdə tutur.

BAKI, 5 noyabr — Sputnik. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət nazirlərinin 2009-cu il oktyabrın 15-də Bakıda keçirilmiş VI konfransında Qətərin paytaxtı Dohanın 2021-ci ildə İslam Mədəniyyəti Paytaxtı elan edilməsi barədə qərar qəbul edilmişdi.

Sputnik Azərbaycan xəbər verir ki, on bir ildən sonra – 2020-ci il noyabrın 1-də Qətərdə bu əlamətdar mədəniyyət hadisəsinə hazırlıq işləri barədə məlumat yayılıb. Bu münasibətlə Qətər Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında videokonfrans formatında müzakirə keçirilib.

Qətər və ICESCO-nun səlahiyyətli nümayəndələri İslam Mədəniyyəti Paytaxtı çərçivəsində keçiriləcək tədbirlər proqramı ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Dohada beynəlxalq sərgi, konfrans, simpoziumların, habelə mədəniyyət həftələrinin təşkili planlaşdırılır. COVID-19 pandemiyası ilə əlaqədar bir sıra tədbirlərin virtual təşkili də istisna edilmir.

Qətər Mədəniyyət Nazirliyi "Doha 2021 – İslam Mədəniyyəti Paytaxtı" tədbirlərinin açılışını yanvarın 14-də, Beynəlxalq Kitab Sərgisi zamanı təşkil etməyi nəzərdə tutur.

Əsas mövzular