16:34 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
26 0 0

Bu ana olan məlumata görə, hazırkı prezident, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Seçicilər Kollegiyasının 212, onun Demokratlar partiyasından olan rəqibi Co Bayden isə 223 səs alıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, onun qələbəsini oğurlamaq istəyirlər, lakin o bunun edilməsinə imkan verməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Prezidenti öz rəsmi "Twitter" hesabında bildirib.

"Biz irəliləyirik, lakin onlar seçkiləri oğurlamaq istəyirlər. Biz heç vaxt onlara bunu etməyə imkan verməcəyik", - deyə Tramp yazıb.

​O, həmçinin bildirib ki, seçki məntəqələri bağlandıqdan sonra səs vermək olmaz.

Qeyd edək ki, ötən gün ABŞ-da prezident seçkisi keçirilib. Seçkinin ilkin nəticələri açıqlanmağa başlayıb. Bu ana olan məlumata görə, hazırkı prezident, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Seçicilər Kollegiyasının 212, onun Demokratlar partiyasından olan rəqibi Co Bayden isə 223 səs alıb.

Əlaqədar

Seçici səslərinin sayına görə Donald Tramp irəlidədir
Bu gün ABŞ prezident seçir
Politoloq: “Yeni prezident ABŞ xarici siyasətinə kardinal dəyişiklik etməyəcək”
Teqlər:
Twitter, prezident seçkisi, ABŞ, Donald Tramp

Əsas mövzular