12:57 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3601

Kansler Sebastyan Kurts deyib ki, əməliyyat bir neçə saat çəkəcək. O, vətəndaşlara səhər evdən çıxmazdan öncə son xəbərləri izləməyi məsləhət görüb

BAKI, 3 noyabr - Sputnik. Bazar ertəsi axşam naməlum şəxslər Avstriya paytaxtının mərkəzində bir neçə hücum təşkil ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bir nəfər hadisə yerində həlak olub, yaralanmış bir qadın isə bir qədər sonra xəstəxanada keçinib. 15 nəfər isə xəsarət alıb. Hücum edənlərdən biri öldürülüb, digərləri qaçıb gizləniblər.

Hökumət baş verənləri terror aktı kimi dəyərləndirib.

Terrorçuların dəqiq sayı, şəxsiyyəti və cinayəti törətmə səbəbləri müəyyənləşdirilməyib. Hökumət detalları açıqlamır, çünki cinayətkarların tutulması istiqamətində əməliyyat davam edir. Vyana sakinlərinə evdə qalmaq tövsiyə edilir.

Kansler Sebastyan Kurts deyib ki, əməliyyat bir neçə saat çəkəcək. O, vətəndaşlara səhər evdən çıxmazdan öncə son xəbərləri izləməyi məsləhət görüb.

Əlaqədar

Vyanada 4 terrorçu həbs edildi - YENİLƏNİB
Vyanada sinaqoqa hücum olub: ölənlər var
Teqlər:
atışma, ölənlər və yaralılar, terror aktı, Vyana, Avstriya

Əsas mövzular